“Almaniya ordusu ən çox 2 günlük döyüşə tab gətirə bilər” - Bundestaq deputatı

“Almaniya ordusu ən çox 2 günlük döyüşə tab gətirə bilər” - Bundestaq deputatı
 

Amaniya parlamentində blok fraksiyasının sədr müavini, müdafiə üzrə ekspert Yohan Vadeful Bundesverin (Almaniya silahlı qüvvələri) əsas bölmələrinin ən çox iki günlük döyüşə tab gətirə biləcəyini bildirib və onların təchizatını sürətləndirməyi tələb edib.

Paralel.az xarici mediaya istinadla xəbər verir ki, deputat Kiyevə silah tədarükünün düzgün və məqsədəuyğun qərar olduğunu qeyd edərək deyib: “Ancaq bu, Bundesver üçün silahların ciddi çatışmazlığına gətirib çıxarıb. Əsas hərbi hissələr ən çox iki gün döyüşə tab gətirə bilər. Bu, ümumilikdə fəlakətli nəticədir”.

“Kim ümumiyyətlə müharibəyə hazır olmağın zəruriliyindən danışırsa, lakin Bundesverdən ən azı özünü müdafiə etmək qabiliyyətini gözləyirsə, belə pis vəziyyətin olmamasına diqqət yetirməlidir. Amma təəssüf ki, bunun əksi doğrudur”, - o, Almaniyanın müdafiə naziri Boris Pistoriusa istinad edərək bildirib.

 

0.028373956680298