Litva Polşa ilə hərbi ittifaqı gücləndirməyə çağırıb

Litva Polşa ilə hərbi ittifaqı gücləndirməyə çağırıb
 

“Litva Rusiya tərəfindən artan təhlükə səbəbindən Polşa ilə hərbi ittifaqını əhəmiyyətli dərəcədə gücləndirməlidir. Çünki ən pis ssenarilər nəzərə alınmalıdır”.

Paralel.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bəyan edib.

“Rabitə sahəsində strateji layihələri başa çatdırmağın və hərbi əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirməyin vaxtı çatıb. Hər iki ölkə NATO-nun ən həssas nöqtələrindən biri - Suvalki dəhlizi üçün ortaq məsuliyyət daşıyır”, - Landsberqis deyib.

Nazir əlavə edib ki, yeni təhlükəsizlik strategiyasının qurulması çərçivəsində Litva Skandinaviya və Baltikyanı ölkələrlə regional tərəfdaşlığı gücləndirməlidir.

Onun fikrincə, ABŞ NATO və Litvanın təhlükəsizliyinin əsas sütunu olub və qalmalıdır, Litvada 5 min əsgərdən ibarət briqadasını yerləşdirdiyini elan edən Almaniya isə Avropanın strateji təhlükəsizlik sütununa çevrilir.

 

0.012337923049927