Abullahian Azərbaycan və Ermənistandakı səfirlərlə görüşdü

Abullahian Azərbaycan və Ermənistandakı səfirlərlə görüşdü
 

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Ermənistandakı səfiri Mehdi Sübhani ilə görüşüb.

Paralel.az xəbər verir ki, bu barədə Hüseyn Əmir Abdullahian “X” hesabında paylaşım edib.

Görüşdə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. İranın qonşuluq siyasəti çərçivəsində Azərbaycan və Ermənistan ilə əlaqələrin inkişafına səy göstərdiyi qeyd edilib.

 

0.015671014785767