DSMF sədri veteranlara ayda verilən 80 manatın çoxluğunu "isbat" etdi...

DSMF sədri veteranlara ayda verilən 80 manatın çoxluğunu
 

Artistə 200-300 manat vermək olar, müharibə veteranına yox...

ƏƏSMN nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında bəyan etdi ki, "veteranlara verilən 80 manat komunal xərclərini ödəməyə imkan verir, hətta hesablamalara görə, bu pul hər bir veteranın komunal xərclərini ödəyir və hətta 20 manat da artıq qalır"! - deyir.

DSMF sədri Himalay Məmişov belə deməklə, əslində Qarabağ müharibə veteranlarına bəslədiyi antipatiyanı açığa çıxardı. Himalay Məmişovun işlətdiyi söz özünün yox, əsasən, hakimiyyət tərəfdən onun qulağına fısıldanmış sözdür. Çünki hakimiyyət müharibə veteranlarına təyin olunmuş 80 manat aylıq təqaüdü 200 manata qaldırmaq istəmir.

Halbuki müharibə veteranlarına  2019-cu ildə təyin olunmuş 80 manat 5 il bundan öncə verilməyə başlayıb. Keçən müddətdə bütün sahılərdə sosial-iqtisadi, komunal, təqaüd, minimum əmək haqqı və digər bu kimi ödənişlər bir neçə dəfə artıb, hər nəfərə düşən ehtiyac zənbili və qiymətlər nir neçə dəfə sürətlə artıb, amma 80 manat təqaüdü artırmaq yaddan çıxıb...

DSMF sədri Himlay Məmişov və ondan yuxarıda oturanlar nəzər almır ki, hər ay əməkdar artistə 150 manat, xalq artistinə 200 manat, (artistlərin hər axşam toylardan qazandıqları azmış kimi) heç bir elmi ixtirası olmayan, təqaüdə çıxan fəlsəfə doktoruna təqaüdə əlavə 300 manat, professora 400 manat pul verən dövlət, dövləti canı bahasına qoruyan və təsadüf nəticəsində müharibənin od - alovundan əzasını itirmiş və sağ çıxan müharibə veteranına isə ayda vur-tut 80 manat vermək sadəcə, vicdansızlıqdır!..

Müharibə veteranlarına ən az aylıq təqaüd verilməsinin başqa bir səbəbi də odur ki, müharibə veteranları arasında onminlərlə məmurun nə övladı və nə də qohum-əqrabası yoxdur!
Ona görə də, Azərbaycanda dövlət vəzifəsi tutan bütün məmurlarını müharibə veteranlarının, şəhid ailələrinin, qazilərin ağır vəziyyəti zərrəcə maraqlandırmır.

Ölkə Prezidenti Sərəncam, tapşırıq, göstəriş verib, dönə-dönə israr etsə də, ölkənin məmur korpusu öz bildiyini edir, əksər vaxtda da ölkə başçısına saxta məlumatlar verib, işlərini bitmiş hesab edirlər.

Mütəxəssislərin hesablamalarına görə, əgər dövlət müharibə veteranlarına və qazilərə hər ay 500 manat təqaüd versə, il ərzində dövlət bu məqsədlə 30 milyon manat pul xərcləyər. Amma elə məmurlarımız var ki, dövlətdən ildə 50 və daha çox milyon pul oğurlayır, mənimsəyir...

Rüşvət və korrupsiya əməlinə görə, neçə-neçə həbs olunmuş məmurlar var. Hazırda ev dustaqlığına buraxılmış sabiq ƏƏSM naziri Səlim Müslümovun mənimsədiyi 2,5 milyard manat, Azırbaycan Beynəlxalq Bankın sabiq müdiri, hazırda özü həbsdə olan, arvadı Londonda lüks həyat sürən Cahangir Hacıyevin dağıtdığı 16 milyard manat və çoxsaylı rüşvətxor məmurların xaricə daşıdıqları milyardlarla pulun yanında ildə 30-50 milyon pulun qazilərə və müharibə veteranlarına verilməsi Azərbaycan kimi yerin altı da, üstü də qızıl olan dövlət üçün nədir ki?!..

Səfurə

Paralel.az

0.014403104782104