Bakıda azyaşlı qıza blokda TƏCAVÜZ OLUNDU

Bakıda azyaşlı qıza blokda TƏCAVÜZ OLUNDU
 

Bakıda azyaşlı qıza qarşı seksual hərəkətlər edilib.

Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib. R. U. rayon ərazisində 11 yaşlı A. M.-nı izləyərək onun yaşadığı beşmərtəbəli binaya daxil olub. Daha sonra R.U. 3 və 4-cü mərtəbələrin arasında qıza seksual hərəkətlər edib.

Ancaq azyaşlının qışqırmasından dolayı cinayətkar onu zorlamaq niyyətini həyata keçirə bilməyib. Belə ki, qızın anası səsə çıxıb və bu zaman R.U. olay yerindən qaçıb.

Zərərçəkənin hüquq-mühafizə orqanlarına müraciəti əsasında araşdırmalara başlanılıb. Polis əməkdaşları təhlükəsizlik kameralarına baxıb, bununla cinayətkarı müəyyən edərək saxlaya biliblər. Saxlanılarkən üzərindən metamfetamin də aşkar edilib. Onun barəsində Nərimanov rayon Məhkəməsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

R.U. Cinayət Məcəlləsinin 153.2 (14 yaşına çatmayan şəxsə əxlaqsız hərəkətlər etmə) və 234.1-ci (satış məqsədi olmadan narkotik və psixotrop maddələri istehlak həddindən artıq saxlama, əldə etmə, daşıma, hazırlama) maddələri ilə ittiham olunub.

Məlumata görə, R.U. ifadəsində azyaşlıdan guya marketin yerini soruşduğunu deyib. Təqsirləndirilən şəxs şirkətlərdən birində satış operatoru işləyib.

Məhkəmənin hazırlıq iclası noyabrın 30-da keçiriləcək.

0.017490148544312