"Şərqi Avropa ölkələrinin liderləri pis proqnozlardan qorxurlar..."

 

Hərbi yardımın olmaması Ukraynanı Rusiya ilə danışıqlara razılaşmağa məcbur edə bilər.

"Paralel.az" xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Nəşrin yazdığına görə, Şərqi Avropa ölkələrinin liderləri pis proqnozlardan qorxurlar, çünki Rusiya qalib gəlsə, Ukraynada dayanmayacaq.

“Bloomberg” bildirir ki, yaranmış durum Rusiya prezidenti Putinə şans verə bilər. “Xüsusilə hərbi yardımın olmaması Ukraynanı zəif mövqedən sülh danışıqlarına razılaşmağa məcbur edə bilər. Bununla belə, ən pis halda, işğalçı ordu Ukrayna ordusunun müdafiəsini yarıb keçə bilər və o zaman Kremlin heç bir şəkildə danışıqlar aparmağa əsası qalmayacaq.

Qeyd edildiyi kimi, bu cür proqnozlar Şərqi Avropa ölkələrinin liderlərini çox qorxudur. Onlar əmindirlər ki, Rusiya qalib gəlsə, Ukrayna sərhədlərində dayanmayacaq. Eyni zamanda Qərbdə bu təhlükəni anlamayan qüvvələr var.

Estoniyanın baş naziri Kaja Kallas bəzi müttəfiqlərin müdafiəyə kifayət qədər ciddi yanaşmadığını vurğulayıb. Eyni zamanda, ölkənin xarici işlər naziri Qabrielius Landsbergis əlavə edir ki, lazımi səviyyədə  silah tədarükünün olmaması Ukraynanı danışıqlara məcbur edə bilər”, -nəşr yazıb.

 

0.024953842163086