Qadın futbol yığmamızın uğurları qadın futboluna marağı daha da artıracaq - AÇIQLAMA

Qadın futbol yığmamızın uğurları qadın futboluna marağı daha da artıracaq - AÇIQLAMA
 

Futbol üzrə AFFA Yüksək Qızlar Liqası start götürdü. Çempionatın iddialı koamdandalarından biri "Baku Juniors" heyətini yeni futbolçularla və partnyorlarla gücləndirib. "Tripsome", "Kitchen and Bath Shop", "Kirpi Tekstil", "Meshque", "Parlaq Imzalar Nəşriyyatı" və "BAISON" klubun partnyorları arasında yer alır.

Klub yeni mövsümdə ölkə çempionluğu hədəfini qoyub. Klubun meneceri Ağasəf Osmanlı "Ölkə.Az"a açıqlamasında bildirib ki, qadın futbolu ölkədə hər keçən gün bir az da populyarlaşır:

"Son bir neçə mövsümdə addığımız addımlarda əsas hədə qadın futbolunu ölkədə populyarlaşdırmaqdır. Futbol üçün kiçik bizlər üçün böyük addımlar atırıq. Qızlar həm insan, həm də futbolçu kimi böyüyürlər. Bu məqsədlə tək meydanda deyil, meydandan kənarda da fəaliyyətlərimiz olur. Futbol üzrə Qadınlardan ibarət millimizin uğurlu çıxışı görülən işlərin nəticəsidir. Unikal komandamız var. Atletlərin əksəriyyəti legionerdirlər. Fərqli ölkələrin çempionları öz təcrübələri ilə fərq yaradırlar. İstəklə gördükləri işdən zövq alırlar. Ümid edirəm ki bu kimi uğurlar qadın futboluna marağı artıracaq".

 

0.028154134750366