Qəzzada atəşkəs barədə razılaşma qüvvəyə mindi

Qəzzada atəşkəs barədə razılaşma qüvvəyə mindi
 

Qəzza zolağında HƏMAS hərəkatı və İsrail arasında atəşkəs barədə razılaşma qüvvəyə minib.

“Paralel.az” xəbər verir ki, bu barədə məlumatı “Al Hadath” telekanalı yayıb.

Razılaşmaya əsasən, 4 gün ərzində oktyabrın 7-si HƏMAS tərəfindən İsraildən qaçırılan 50 girov azad ediləcək. Girovların ilk qrupunun bu gün yerli vaxtla 16:00-da (Bakı vaxtı ilə 18:00) sərbəst buraxılacağı gözlənilir. 

 

0.013431072235107