Göygöldə yük maşını aşıb, sürücü ağır yaralanıb

Göygöldə yük maşını aşıb, sürücü ağır yaralanıb
 

Göygöldə şirkətlərdən birinə məxsus yük maşını aşıb, sürücü ağır xəsarətlər alıb.

Hadisə Göygöl rayon Tülallar kəndində qeydə alınıb.

Yük maşınının idarəetmədən çıxaraq aşması nəticəsində sürücü ağır xəsarətlər alıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan sürücünün oradan çıxarılmasına çalışılır.

Faktla bağlı araşdırma aparılır.

0.01298999786377