Rusiya gübrə ixracına qoyulan kvotanın müddətini uzadıb
Rusiya hökuməti mineral gübrələrin ixracı üçün kvotaları 2024-cü il mayın 31-dək uzadıb.
Paralel.az “Report”a istinadən xəbər verir ki, qərarı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.
Qərar daxili bazarda kifayət qədər miqdarda gübrə saxlamaq məqsədi daşıyır.
Ümumi ixrac kvotası təxminən 17 milyon ton, o cümlədən azot gübrələri üzrə 9,8 milyon ton, kompleks gübrələr üzrə isə 7,1 milyon tondan çox olacaq.
Həcmlərin ixracatçılar arasında bölüşdürülməsi Sənaye və Ticarət Nazirliyinə həvalə edilib, qurum noyabrın 27-dək paylanmasını təmin etməlidir.