Rumıniya hökuməti “Patriot” üçün raketlərin alınmasına icazə verib

Rumıniya hökuməti “Patriot” üçün raketlərin alınmasına icazə verib
 

Rumıniya hökuməti Milli Müdafiə Nazirliyinin “Patriot” zenit-raket kompleksi üçün “PAC-2 GEM-T” (Guidance Enhanced Missile, Tactical) raketlərinin alınması ilə bağlı müraciətinə müsbət cavab verib.

Bu barədə Nazirlər Kabinetinin saytında məlumat yerləşdirilib.

Hökumət 200 ədəd PAC-2 GEM-T raketinin alınmasına razılıq verib. Uzaqmənzilli “yer-hava” tipli raketlər ölkənin yerüstü hava hücumundan müdafiə imkanlarını gücləndirəcək. Satınalma müqaviləsi 2024-cü ildən etibarən həyata keçiriləcək.

“Patriot” batareyası atəşi idarəetmə maşını, radiolokasiya müşahidəsi qurğusu, elektrik generatoru və 4-16 ədəd raketin yerləşdiyi daşıyıcıdan ibarətdir. Zenit-raket kompleksi 24 kilometr hündürlükdə və 3 kilometrdən 80 kilometrə qədər uzaqlıqda hava hədəflərini vura bilir.

“PAC-2” “Patriot”un ilk əsas raket təkmilləşdirməsi kimi yadda qalıb. Bu raket ballistik hədəflərə qarşı daha optimal şəkildə mübarizə apara bilir. Modernizasiya nəticəsində yüksək sürətli hədəflərin nişanalma prosedurları optimallaşdırılıb və ballistik raketlərlə mübarizə aparmaq üçün nəzərdə tutulan sistemin metodu dəyişdirilib.

“PAC-2” variantı ilk dəfə 1987-ci ildə sınaqdan keçirilib və 1990-cı ildə ABŞ Ordusunun silahlanmasına qəbul edilib.

0.01491904258728