Meksikada iki jurnalist ailəsi ilə birlikdə itkin düşüb

Meksikada iki jurnalist ailəsi ilə birlikdə itkin düşüb
 

Meksikanın Tasko-de-Alarton şəhərində (Qerrero ştatı - Qeyd) Marko Antonio Teldo Haymes ailəsi ilə birlikdə itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə Qerrero ştatının Baş Prokurorluğu məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 59 yaşlı Teldo Haymes, həmçinin həyat yoldaşı və oğlu sonuncu dəfə noyabrın 19-da Tasko-de-Alarton şəhərində görünüblər və onların itkin düşməsi ilə bağlı ərizə noyabrın 22-də yazılıb.

Adam həftəlik “El Espectador de Taxco” nəşrinə rəhbərlik edib, həmçinin digər media ilə əməkdaşlığı da mövcud olub. Onun regional sosial məsələləri işıqlandırdığı məlumdur.

Bundan başqa, meksikalı yazıçı Hulissa Arce Raya öz bloqunda bacısı Silvia Arse və əri Alberto Sançesin qaçırıldığını açıqlayıb. Cütlük “Red Siete” regional xəbər saytını idarə edir.

Qadının sözlərinə görə, bir qrup naməlum silahlı şəxs noyabrın 23-də Tasko-de-Alarton şəhərində onları qaçıraraq cütlüyün üç, beş və 13 yaşlı üç uşağını küçədə qoyublar.

0.017984867095947