İsrail bu ölkəyə 3,6 milyard dollarlıq HHM sistemi satıb

İsrail bu ölkəyə 3,6 milyard dollarlıq HHM sistemi satıb
 

İsrail və Almaniya təxminən 3,6 milyard ABŞ dolları dəyərində olan “Arrow 3” hava hücumundan müdafiə (HHM) sisteminin satışına dair müqavilə imzalayıb.

Paralel.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyinin baş direktoru, istefada olan general-mayor Eyal Zamir bu gün Almaniyaya “Arrow 3” kompleksinin satışı üzrə 13 milyard şekel (təxminən 3,6 milyard ABŞ dolları) dəyərində olan müqavilə imzalayıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Almaniya və İsrail “Arrow 3” hava hücumundan müdafiə sisteminin satışının mümkünlüyünü 2023-cü ilin aprelindən müzakirə etməyə başlamışdı.

 

0.02021598815918