Türkiyə və Böyük Britaniya müdafiə sahəsində əməkdaşlığı gücləndirir

Türkiyə və Böyük Britaniya müdafiə sahəsində əməkdaşlığı gücləndirir
 

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Ankarada Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​ilə görüş keçirib.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ankaradakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər müdafiə və təhlükəsizlik məsələlərini, eləcə də müdafiə sənayesi sahəsində cari əməkdaşlığı müzakirə ediblər.

İki NATO müttəfiqi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər və bu məqsədlə nazirlər müdafiə sahəsində əməkdaşlığa dair niyyət bəyanatı imzalayıblar.

Sənəd həmçinin, Aralıq dənizində birgə təlimlərin keçirilməsi imkanlarını, həmçinin Şimali Afrika və Yaxın Şərq ətrafında təhlükəsizliyin dəstəklənməsi imkanlarının araşdırılmasını nəzərdə tutur.

“Ankarada görüşməkdən və Böyük Britaniya-Türkiyə müdafiə əlaqələrini dərinləşdirmək barədə razılığa gəlməkdən çox məmnun oldum. Türkiyə üç qitənin kəsişməsindədir və belə qlobal qeyri-sabitlik dövründə onun təsirini qiymətləndirməmək olmaz”-deyə, britaniyalı nazir deyib.

0.017828226089478