Ukrayna səfirliyi Polşa XİN-ə nota verdi

Ukrayna səfirliyi Polşa XİN-ə nota verdi
 

Ukraynanın Varşavadakı səfirliyi sərhəd keçid məntəqəsində daha bir sürücünün ölümündən sonra Polşa Xarici İşlər Nazirliyinə nota göndərib.

Paralel.az xəbər verir ki, bu barədə Ukrayna diplomatik missiyasının rəhbəri Vasili Zvariç məlumat verib.

Səfir yük maşını sürən və Polşa daşıyıcılarının Korçev keçid məntəqəsi qarşısında tətil etməsi nəticəsində növbəyə düşmüş ikinci ukraynalı sürücünün ölümünə münasibət bildirib.

Zvariç aydınlaşdırıb ki, Ukrayna diplomatik departamenti təcili olaraq Polşa Xarici İşlər Nazirliyinə növbəti rəsmi nota verib və yük maşınlarının hərəkətinin qarşısının alınmasını tələb edib.

 

0.017015933990479