Aİ və NATO Avropada “hərbi Şengen” sistemi yarada bilməyib

Aİ və NATO Avropada “hərbi Şengen” sistemi yarada bilməyib
 

Avropa İttifaqı (Aİ) və NATO Avropanın bütün ölkələrində hərbi yüklərin daşınması üçün vahid standartları müəyyən edəcək “hərbi Şengen” adlanan sistemi altı il ərzində yarada bilməyib.

Paralel.az xəbər verir ki, bu layihənin həyata keçirilməsində real irəliləyişin olmadığını NATO-nun Təminat və Logistika üzrə Birgə Komandanlığının (JSEC) rəhbəri general-leytenant Aleksandr Zolfrank “Reuters” agentliyinə müsahibəsində bildirib.

Belə bir sistem qoşunların və ağır texnikanın sürətlə və bürokratik gecikmələr olmadan Aİ ölkələri arasında, əsasən Atlantik sahillərindəki limanlardan, ABŞ və Kanadadan, şərqə, Rusiya və Belarus sərhədlərinə doğru daşınmasına imkan verəcəkdi.

A.Zolfrank bildirib ki, dinc dövrdə edilməyən şeyi böhran və ya müharibə zamanı düzəltmək mümkün olmayacaq: “Sadəcə, vaxtımız olmayacaq. Biz hadisələri qabaqlamalıyıq. 5-ci maddə (NATO ölkələrinin kollektiv müdafiəsi ilə bağlı Vaşinqton sazişinin – red) qüvvəyə minməmiş hərbi əməliyyatlar teatrı hazırlamalıyıq”.(Report)

 

0.012799024581909