“Xəzər dənizi, qız qalası, Bakı və Azərbaycan” toponimlərinin etimologiyası (MƏNBƏLƏRDƏN FƏRQLİ)

“Xəzər dənizi, qız qalası, Bakı və Azərbaycan” toponimlərinin etimologiyası (MƏNBƏLƏRDƏN FƏRQLİ)
 

Doğrusu adı çəkilən toponimlər haqqında ta qədimdən bu günə qədər dünya səyyahlarının, tarixçi-coğrafiyaçıların, müasir dilçilərin əsərlərində doğma ölkəmizin bu adlarının etimologiyaları haqqında yüzlərlə versiyalar verilmişdir.
Xəzər dənizinin adının etimologiyası hələ eramızdan əvvəl qərb tarixçi və coğrafiyaçı alimləri tərəfindən tədqiq edilməyə başlanmışdır.Herodot, Strabon, Hekatey Melitskin və digərləri tərəfindən öyrənilməyə səy edilmişdir.Onlar Xəzər dənizini Kaspi, Hirkan, Gürkan və s. kimi qeyd etmişlər.Hətta Xəzər dənizinin adını onun sahilində yerləşən vilayətlərin adları ilə: Bakı dənizi, Mazandaran dənizi, Dərbənd dənizi və s. kimi.Hətta XIII əsrdə Venetsiyanın İrandakı səfiri Kontarini də Xəzəri Bakı dənizi kimi sənədlərdə qeyd etmişdir.
Alimlərin ən üstün qənaəti Xəzərin adının onun sahillərində yaşamış xalqların adından yaranması fikirləridir.Məhz Xəzər dənizinin ətrafında yaşayan əhalinin xəzərlilər (kaspilər) olması tarixdən hamıya məlumdr. u
Coğrafiya elmindən məlumdur ki, əvvəl coğrafi obyekt mövcud olmuş, sonradan insanlarda dil təfəkkürü yarandıqca bu obyektlər onlar tərəfindən nominativləşmişdir.Eyni zamanda areala ilkin adları insanlar özlərinin tanrı və inanc təsəvvürləri əsasında vermişlər.
Əgər biz Qədim Oğuzların adının Ulu Tanrı “Qa” məhfumundan yaranmasını əsas götürsək, heç də yanılmarıq.Çünki, bu fakt özünü bütün xalqların adında öz təsdiqini tapır.”Qa” məfhumuna qoşulan “z” səsi cəmliyi.Yəni: ” bildirmişdir Qu+z və müasir cəm şəkilçisi “lar”.”O” səsi isə protezadır.Söz samitlə başlandığından “o” səsi proteza olunmuşdur.
Əgər biz “xəzər” sözünün yaşını nəzərə alsaq, sözdə olan mümkün fonetik hadisələr nəticəsində “qaz” sözünün “xəz” sözünə keçməsi qaçılmazdır.Sözdə “q” səsinin qohum samit olan “x” samitinə, “a” saitinin qohum “ə” saitinə keçməsi tam şübhəsizdir.Ən əsası odur ki, sözün nüvəsi öz oxu ətrafında fırlanaraq kənara çıxmır.Bu sözduyumu ilə də özünü göstərir.Ən əsası sözün fonetik quruluşu sezilməkdədir.
”Xəzər” sözünün 2-ci hecası Ulu dildən gəlmə “ər” “adam+lar” mənasını bildirir.Bütün Yunan və Roma tədqiqatçıları Xəzər dənizinin adının Ulu dilə mənsub olan “Ka, Qa” Od Tanrısından yarandığını bilərək öz dillərində də bu dənizin adını “Kaspiya”, əhalisini isə “Kaspi” adlandırmışlar.Latın dilində “kas” sözü “qaz”, sözün 2-ci hecası “pia” –“mömin, səcdə edən”mənasını bildirir.Yəni:Atəşpərəstlər.Əslində “atəş” sözü farslara Oğuzlardan keçmədir.Oğuzların atəşpərəst olmasının onlardan öncə olmasını özləri də etiraf edirlər.Yəqin bunun səbəbi də neftin alışıb yanmasının möcüzə, yəni Tanrı işi olmasından qaynaqlanması olmuşdur.”Od” sözü Od Tanrısının adı “Qut Tanrısı”nın adındandır.Qut- ut-ud-od.Fars dilində “atəş” sözündəki “at” sözü də “od” sözündən törəmədir.
“Qız Qalası” sözü də “Oğuz Qalası” mənşəyindən yaranmadır.Hətta Azərbaycanın digər ərazilərində də “Qız qalası” adı vardır.(Zəngilanda da mövcuddur.O ki qaldı qalanın tarixinə,müxtəlif versiyalar biri - birindən fərqlidir.Əfsanələrdən tutmuş tarixçilərə qədər.
Bəzi mənbələrdə qalanın üzərindəki XII əsrə aid olan daş kitabədəki “Davudun oğlu Məsudun qülləsi” yazısı ilə onun yaşını ölçürlər.XII əsr islamın həşəmətli bir vaxtında Od Tanrısının simvolu olan “günəş günbəzli” qalanın ərəblər tərəfindən tikilməsi mümkün idi mi?
Sual olunur, bəs onda həmin daş kitabənin üstündəki çərçivənin içərisi niyə boşdur?Hansı əlifba ilə yazılmışdır?(Tarixi özgələr silə bilər, özününkülər isə onu bərpa etməlidirlər.)
Qız qalası sözünün 2-ci hissəsi olan “qala” sözü qədim türklərdə “qor – od” sözündəki “r” səsinin “l” ilə əvəzlənməsi səbəbindən yaranmadır.Yəni od yandırılan yer.Sonralar praktik mənasını itirsə də ibtdası qalalarda od və tüstü işarətlərinin verilməsi kimi istifadə olunduğundan nominativliyini oradan götürmüşdür.Dilimizdə olan “qalmaqal, manqal , monqol, qala və s. sözlər buradandır.Şuşanın da əzəl adı Qala olmuşdur.
Əgər desəm ki, Bakı sözünün yaranması da bu semantikadan alınmadır, bəlkə də mənim yanıldığımı zənn edəcəksiniz.Bakı və Qız qalası sözündə hansı oxşar fonemlər vardır ki?Doğru sualdır.
Əslində dillərdə bəzi sözlərin yaranması psixolinqvistikdir.”Qız qalası” sözü ilkin olan “Oğuz qalası” sözündən semantik cəhətdən uzaqlaşdığından burada psixolinqvistik şərait yaranmışdır.
Bəzən fars mənbələri siyasi gediş edərək “Bakı” sözünü zərdüştlüklə (avesta) ilə bağlamaq üçün onu “Baqavan – Tanrının şəhəri”, orta dövrdə isə “badi kubə-yel tutan” kimi təsvir edirlər.
Əslində “Bakı” sözünün ilkin işlənməsinə ərəb dilində yazılmış tarixi mənbələrində rast gəlinir.Ərəb tarixçisi Əbu Dulaf ( X əsr) “Bakuya”, Hüdud əl Ələmdə (aləmin hüdudları) “Bakı”, Yaqut əl Həməvi də “Bakiyə” kimi verilmişdir.Bəzi xalq etimologiyalarında “Göz qalası” – nəzarət olununan yer mənasında.
Bəs “Bakı” sözünün “Qız qalası” sözündən yaranması hansı əsasa söykənir?Əslində bütün mühacir coğrafiyaçılar bir ölkənin xəritəsini tərtib edərkən kalka üsulundan istifadə edərək onu, öz dillərinə tərcümə edirlər.VIII-IX əsrlərdə Ərəb xilafətinin Azərbaycana yürüşü dövründə yerli xalq artıq “Qız qalası” kimi mifik hekayətlə bağlı bu qalanı əfsanəvi adla yaranmasını təsəvvür edirdilər.Əfsanə qədim padşahın qızının faciəli həyatı ilə bağlı idi və hamı tərəfindən qəbul edilmişdir.Əcnəbi tarixçilər yerli əhalidən bu qalanın adının “Qız Qalası” olduğunu yəqin edib, onu ərəb dilində “qız” mənasını bildirən “bakirə” sözü ilə tərcümə etmişlər.Tərtib etdikləri xəritələrdə də bu tərcüməni qeydə almışlar.Həmin dövrdə ərəblərin orada yaşaması bu sözün orfoqrqfiyadan orfoepiyaya keçidinə zəmin yaratmışdır.Bu gün qədim İçərişəhərlilər də Bakıya “Baki” deyirlər.
Bakı şəhərinin “Qız qalası” semantikasından yaranması məntiqi cəhətdən ağlabatandır.
Azərbaycan sözünə diqqətlə baxsaq, məqalənin əvvəlində qeyd olunan müddəa yəni, coğrafi ərazinin ətrafında yaşayan xalqlar həmin əraziyə öz tanrısal adlarını verirlər prinsipi özünü bir daha sübut edir.Bu gün mövcud olan Azərbaycanın qədim paytaxtı Xəzər dənizi sahilində yerləşmiş Bakı şəhəri olmuşdur.Onun qədim əhalisi də Xəzərlər idi.Buna dəniz yolları və ticarəti əhəmiyyətli dərəcədə zəmin yaratmışdır.Necə ki, Qədim Misirin formalaşmasında Nil çayının rolu kimi.
Məlumdur ki, Azərbaycan orta əsrlərdə ilkin müstəqillik dövründə əraziləri bəylik və xanlıqlar şəklində idarə olunurdu.Azərbaycan vahid dövlət formasına salınanda Azərbaycan adı da bu məfhumlardan yaranmışdır.Azərbaycan sözünün 1-ci hecası “Xəzər, xəzərlər”(burada “x” səsi eliziyaya-səsdüşümünə uğramışdır.), 2 və 3 –cü hecaları “bəylik və xanlıq” sözlərindən yaranmadır.Ümumilikdə Azərbaycan “Xəzər bəyxanlığı” coğrafi adının semantikasından yaranmadır.
P.S.Baxmayaraq ki, bu mövzuda çox sayda elmi məqalələr yazılsa da onların elmi məzmunu məni qane etmədiyindən yazdım.Düşünürəm ki, dilçilik elmində tədqiqatlarınsəngiməsi müasir dövrün tələbatına cavab vermir.Bütün elmlər kimi dilçilik elmi də dinamik olmalıdır.Dilimizdə çətin görünən iki səsdən ibarət sözlərin də fonetik şəkildə mənaları vardır.Tək dilə neoligizmlərin gəlməsi onu zənginləşdirmir, nə də ki hazır sözlərdə hərf dəyişiklikləri etmək...
Nə qədərki dilimizdə mənası bilinməyən əcdadlarımızın söz mirası vardırsa, biz ona sahib çıxana qədər bu yolda olmalıyıq.
Sözümüz bizim özümüzdür.Sözümüzü tanımamaq özümüzü tanımamaqdır.
Elm adamları deyirlər ki, akademik mənbə olmazsa, yazı elmi hesab edilməz.Maraqlıdır istifadə etdiyim elmi məmbələrin heç birində konkretlik yoxdur.Tədqiqatların heç biri sözün fonetik genezisinə uyuşmur, yalnız fantastik təsəvvürlər toplusudur.Məgər bu alademik mənbələrdə biz bu vacib adlarımızın milliliyini tapa bilərik?Görəsən səhih tədqiqat vacibdir, yosa saxta elmi mənbə sənədləri?...

Həsən Əliyev,
"Paralel.az" 

0.033594846725464