“İMİC” (İNG.-İMAGE) məfhumunun etimologiyası

“İMİC” (İNG.-İMAGE) məfhumunun etimologiyası
 

BDU-da tədris etdiyim “Azərbaycan Dilində İşgüzar və Akademik Kommunikasiya” fənnindən “Kommunikasiya prosesində imic və özünəinam” mövzusunu keçərkən “İMİC” sözünün izahı diqqətimi çəkdi.Bu söz izah olunarkən onun ingiliscədən “obraz”, “zahiri görünüş”, “təsvir”, “şəkil” (əks) mənalarında işləndiyi göstərilir.Hətta “İMİC” XX əsrin 50-ci illərindən Amerikada, Avropada, hətta Rusiyada da “İMİCELOGİYA” elmi kimi yayılmışdır.
Dərslikdə qeyd olunur ki, imic əslində insanların rəğbətini qazana bilmək vasitəsidir.Bu natiqlik sənətinə xüsusilə aiddir.Dərsliyin mövzusunda qeyd olunur ki, məşhur amerikalı imicmeykerlərdən olan Liliam Brayn(O, beş Amerika prezidentinin imicmeykeri olmuşdur) belə deyirdi: “Peşə vərdişləri öz-özlüyündə sizi nə işlə təmin edə bilər,nə də xidməti irəliləyişinizə kömək edə bilər.Bunu üçün işlədiyiniz insanların rəğbətini qazanmalısınız, yəni sizə lazım olan imici yaratmalısınız”.
Dərslikdə qeyd olunduğu kmi ritorika sənəti şərqdən qərbə keçmişdir.Ritorika sənətinə ilk olaraq Qədim Misirdə,Çində başlanmışdır.Firon Misirdə hakimiyyətə gələndə, ölkədə dövlət quruluşu kortəbii şəkildə idi.Vahid idarəetmə yox idi.İnsanlar hamısı işdən sonra öz tanrı və inancları qarşısında səcdə edərək onlara biət edirdilər.Firon bunu dərk edərək, Misirin bütün məhəllələrinə carçılar salıb, onları böyük bir meydana topladı.Hökmdara məxsus hazırlatdığı “Qırmızı xalatını” (porfirasını- tərcümədə: Fironun tünd qırmızı xalati.”Xalat” sözü də tanrısal sösdür.Misir Tanrısı Horun adındandır)geyinərək Qırmızı(qızılı) taxtına çıxdı.Firon bilirdi ki, Qədim Misirlilərin tanrıları İsid və Osirus öldüklərindən ölkədə özbaşınalıq hökm sürür.O, Qırmızı taxtına çıxaraq uca səslə “Böyük Nitqinə” başlayır.O, bildirir ki, onların tanrıları yeraltı aləmdə hökmranlıq edirlər.Bu gün onların oğlu Qor Günəş Tanrısıdır, mən isə onun yer üzərindəki “Köməkçisiyəm”.(Əslində Firovn adı Qədim Qibti dilində “Od Allahının köməkmisi deməkdir.”Firr”- “od” +”ovn”- “köməkçisi” deməkdir).Firon sadə misirlilərdən fərqli görünmək üçün günəş işığında bərq vuran qızılla süstlənmiş “Qırmızı Xalatını”(Porfirasını) geyərək füsunkar bir şəkildə nitq söyləməklə özünü misirlilərə hökmdar kimi təqdim etməyi bacarmış və “imic”in praktik əsasını qoya bilmişdir(müəllif).
İnsanın üz, göz, saç, bədən quruluşu geyim və ayaqqabılarını əhatə edən xarici görünüş amerikalı alim, imicmeyker U.Ceymisin ibarəsincə desək, “dilsiz təqdimetmə vasitəsidir”.Yəni imicin ilk pilləsidir.
Həqiqətən də dərsliyin müəllifləri ritorika sənətində “imic”in rolunu oxuculara dəyərincə təqdim etmişlər.
Məqalənin qayəsi “İMİC” termininin fonetik qaydada dilçilik baxımından təhlil edilməsidir.Sözü təhlil etməzdən əvvəl, terminə psixolinqvistik yanaşmaya ehtiyac duyulur.Buna səbəb terminin məna çalarının rəngarəng olmasıdır.Yəni imic şəxsin simasını müxtəlif vasitələrlə ecazkarlaşdırır və ona füsunkar görkəm verir.Görəsən buna səbəb nədir?Bu füsunkarlıq ona haradan gəlir?
Əgər biz “İMİC” sözünün sinonimik semantikalarına diqqət versək, hər bir sözün ingilis dilində ayrı-ayrı konkret lüğəti və məna çalarları vardır.Sanki, bu toplunu imic sözünün içərisinə yığaraq ondan kompleks neologizm yaradılmışdır.
İngilis dilində “İmage”(imic) sözü bir neçə ayrı-ayrı məna verən sözlərin məcmusu kimi verilir: character-obraz; appearance-zahiri görünüş; description-təsvir; picture(photo)-şəkil(əks); symbol-rəmz və s. Feil kimi “təsvir etmək, təcəssüm etdirmək, xəyalən təsəvvürə gətirmək, bir şeyin rəmzi, simvolu olmaq” və s.”İmageable” sifət kimi “göz qabağına gətirilə bilən, təsəvvür oluna bilən, ağılabatan” və s. Yenə sifət kimi “imaginary”-“əsassız, əsli olmayan, qeyri-real, uydurma, yalan, xəyali(riyazi) və s.Bir daha isim kimi “imagination” sözü – “təsəvvür, xəyal, təxəyyül, uydurma, yalan; uydurma qabiliyyəti/ bacarığı” və s.kimi təqdim olunur.
İngilis dilində “image” sözünün oxşar və təzadlı tərcümələri sözün özünün əsl kökünün tapılmasını tələb edir.Əgər biz “imic”i akt olaraq psixoloji analiz etsək, bu aktda şəxsin özünün “özündən yüksək” təqdim etmək qabiliyyətinə malik olmasının nümayişini görə bilirik.Bu füsunkarlıq və ecazkarlıq nəyin əsasında yarana bilər?
Sözün psixolinqvistik olması göz qarşısındadır.”İmic” sözünün hansı sözdən yaranma ehtimalı ortaya çıxır.Sözduyumu ilə sözün genezisinə uyğun ingilis dilində olan “magiya” sözü nəzəri cəlb edir.”Magiya” sözü ingilis dilində “magic”- “sehrkarlıq, möcüzə, ovsunlama, cadugərlik; məc. füsunkarlıq, digər mənada kələkbazlıq kimi tərcümə olunur.Eyni zamanda isim kimi “magician” – “sehrbaz, cadugər, ovsunçu, gözbağlayıcı və s. mənada təqdim olunur.Zərf olaraq “magical” sözü –“möcüzəli, sirli, sehrli şəkildə “ kimi məna bildirir.”Magnificence” kimi “cazibədarlıq, füsunkarlıq, cah-calal, təmtaraq” mənaları bildirir.Hətta “maqnit” mənasını ingiliscə bildirən “magnetic” sözü də bu kökdən olub, məcazi olaraq “cəzbedici, füsunkar, cazibədar” kimi məna daşıyır.”Magis” sözü latın dilində daha çox şaxəlidir.”Magicus”, “magus”, “maga” sözləri ingilis dilindəki “sehrbaz, oyunbaz, ovsunçu” və s. kimi mənalanır.Söz semantika olaraq“böyük” mənasını qabarıq şəkildə özünü büruzə verir.Məs: magister rəis, hami, müəllim kimi mənalanır.”Magnates” – “rəhbər, başçı, lider” kimi.”Magnus” sözü “böyük, böyükürəkli, əla, əziz” mənalarını bildirir.”Magistral yol” sözü də latın dilində olan “magistralis”sözü olub, “Baş, böyük, əsas yol” mənasını bildirir.Magistr sözü də latınca “magister” sözü olub, tələbə pilləsində bakalavrdan sonra ikinci akademik yəni- “bakalavrdan böyük dərəcə” anlamına gəlir.
Bütün bu dilçilik araşdırmaları əsas verir ki, “imic” sözünün kökü latın mənşəli dillərə mənsub olan “magia” sözündəndir.Doğrudanmı bu belədir? Əsla yox!
“Magia” sözü əslən sanskritcədir.Qədim Hind-İran fəlsəfəsinin ən mühüm və universal anlayışlarından yaranmadır.Görəsən dilçi alimlər “sanskritcə” məfhumunun mənasını fonetik qaydada sözün 1-ci hecasının fonetik qaydada hansı sözdən formalaşdığını bilirlər?Sözüm ingilis dilli alimlərədir.”Sans” sözü “Sasanizm” sözündən olub, qədimdə Hind-İran hakim sülaləsinin adından yaranmadır.Bəzi tarixi mənbələrdə “Sistan”(Xəqanidə bayraq təsvirində) kimi, əhalisi isə səsanilər kimi verilmişdir.Bizim Dədə Qorqudda onlar “sasi dinli” kimi adlanmışlar.
Akademik mənbədə sanskritcə “Mayya”lıların adının izahında (görünüş, illüziya) mənasını bildirir.Maq və kult əhəmiyyəti kəsb etmişdi.Hind Riqvedadasında tanrıların və iblislərin qüdrətini, onların fövqəlinsani (məs:yağışyağdırmaq, bir vəziyyətdən digər vəziyyətə keçmək, hiylə və fəndgirliklə düşmənə qalib gəlmək) xüsusiyyətlərini bildirirdi.Əsasən sehrbazlıq nümayiş etdirərkən atəşdən(oddan) istifadə edirdilər.Nəfəsi ilə ağzından od püskürmək, odun(közün) üzərindən ayaqyalın keçmə və s.illüziyalar yarada bilirdilər.Heç də təsadüfi deyildir ki, müasir fars dilində iraniskadan gəlmə “muğ” sözü “atəşpərəst” mənasını bildirir.”Müğanə” sözü də “atəşpərəstlərin mərasim və ayini” kimi mənalanır.
Araşdırmadan bu nəticəyə gəlmək olur ki, avropa dillərinə daxil olan “magiya” sözü sanskritcə “muğ” - yəni alovla gözbağlayıcı illüziyalar yarada bilən, fövqəlbəşərlik görüntüsü verən qədim Hind-İran maq və kult ehkamşılıq fəlsəfəsinin semantikasının nominativi olan “muğ” sözündəndir.Sözlərdə də “ğ” səsinin mümkün keçidi olan “y” səsi ilə əvəzlənməsindən yaranan “Mayya, mayyalılar” sözünün ilkin kökü “muğ” sızü olmuşdur.Tarixçilərin bu günə qədər axtardıqları “MAYYALILAR” həmin bu semantikadandır. Latın və yunan dillərində sözün “magia” kimi qalması sözün qədim zamanda keçidi ilkin formada qorunub saxlanmasındandır.O ki qaldı, “magia” sözünün “image” kimi günümüzə gəlib çatmasına, söz latın dilinə keçmə söz olduğundan dilin artikulyasiyasına imitasiya üsulu kimi samitlə başlayan sözlərə sait səsinin artırılması praktikasındandır.”İmic” sözünün istər qədim, istər müasir mənası üst-üstə düşməsi dil nəzəriyyəsinin paralel müqayisəsində də özünü doğruldur.Eyni zamanda tarixi dilçilik də tarixi dəlillərlə sözün sübutuna dəstək verir.O ki, qaldı sözün coğrafiya ilə bağlılığına, Strabonun latın dilində tərtib etdiyi bugünki Azərbaycan ölkəsinin xəritəsinə, orada da “Muğan” adlı coğrafi ərazinin adı qeyd olunmuşdur.Yəni həmin dövrün Atəşpərəstlərin yaşadığı ərazilər.Söz şərqdən qərbə keçdiyindən Azərbaycan dilinə doğma söz kimi iz salmışdır.
Bir daha aydın olur ki, natiqin özünə imic yaratması üsulları ta qədimdən gəlmiş, onun mifik keyfiyyətləri itsə də, natiqin bəlağətli nitqi, onun səliqə-sahmanı,ətriyyatından belə, ecazkar və füsunkar görünüşü hər zaman onun etiketi sayılır.
P.S.Doğrusu elmdə bu günə qədər gəlib çıxan bir fakta yeni bir faktla əks çıxmaq mümkün sayılır.Hətta qəbul edilmiş nəzəriyyənin kökündən dəyişilməsinə qədər.Bəlkə də bu dilçilik nəzəriyyəsində sovetizm baxışlaına cavab vermək üçün bir müddəa idi.Ancaq nə qədər siyasi olsa belə, onun daxilində bir reallıq vardır.Bunu ancaq hər hansı bir elmin dinamik inkişafında etmək mümkündür.Elm əslində bir yarışdır.Dudunsa səni gəlib ötəcəklər.Məhz dilçilik elminin dərinliyinə getdikcə insan zəkası daha aydınlaşır, deyərdim ki, nitqin ilkin yaranışını da duymaq mümkün olur.
Müəllif: Həsən Əliyev 

"Paralel.az"

 

0.026954174041748