İcbari sığorta haqlarının dövlət tərəfindən ödənilməsi müddəti uzadılır

İcbari sığorta haqlarının dövlət tərəfindən ödənilməsi müddəti uzadılır
 

İcbari tibbi sığorta haqlarının dövlət tərəfindən ödənilməsi müddəti uzadılır.

Report xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, Dövlət Agentliyinin hazırladığı “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər.

"Bununla da həmin şəxslərin icbari tibbi sığorta haqlarını yenə dövlət ödəyəcək", - Aynurə Əhmədova vurğulayıb.

 

0.01085901260376