Napoleonun papağı 3 milyona satıldı

Napoleonun papağı 3 milyona satıldı
 

Fransa İmperatoru Napoleon Bonapartın 19-cu əsrdə ölkəyə rəhbərlik etdiyi dövrə aid papaq Parisdə hərraca çıxarılıb.

Xarici KİV xəbər verir ki, papaq keçirilən hərracda 1,9 milyon avroya (təx. 3 539 918 AZN) satılıb.

Qara qunduz keçə papağı 600 min avro ilə 800 min avro arasında qiymətləndirilib. 

“Osenat” hərrac evinin keçirdiyi hərracda Napoleonun simvollardan biri olan papağın qiyməti 1,5 milyon avroya qədər qalxıb və komissiya daxil olmaqla 1,9 milyon avroya satılıb.

 

0.017640829086304