Azərbaycan millisinin tarixinə düşən böyükhesablı məğlubiyyətlər - ARAŞDIRMA

Azərbaycan millisinin tarixinə düşən böyükhesablı məğlubiyyətlər - ARAŞDIRMA
 

Futbol üzrə Azərbaycan millisi tarixi ərzində rəsmi oyunlarda 42 dəfə böyükhesablı məğlubiyyətlə üzləşib.

“Report”un araşdırmasına görə, bunun 25-i Avropa çempionatlarının, 16-sı dünya çempionatlarının seçmə mərhələlərinə, 1-i isə Millətlər Liqasına təsadüf edib.

Komandamız son olaraq AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə səfər görüşündə qapısından 5 cavabsız qol buraxıb.

Ümumiyyətlə, millimiz indiyə qədər qatıldığı rəsmi turnirlərdə yalnız Millətlər Liqasının son iki mövsümündə 3 və ya daha çox top fərqi ilə uduzmayıb.

Yığmamızın böyükhesablı məğlubiyyətlərinin 16-da 0:3 hesabı qeydə alınıb. Komanda 7 dəfə 0:4, 6 dəfə 1:4, 5 dəfə isə 0:5 hesablı yenilgilərlə ilə üzləşib. 1:5 və 1:6 hesablarına iki dəfə rast gəlinib. 0:6, 0:7, 0:8 və 0:10 hesablı biabırçı nəticələr isə bir dəfə qeydə alınıb.

7 sentyabr 1994 (AVRO-1996). Rumıniya – Azərbaycan 3:0

29 mart 1995 (AVRO-1996). Slovakiya – Azərbaycan 4:1

26 aprel 1995 (AVRO-1996). Azərbaycan – Rumıniya 1:4

6 sentyabr 1995 (AVRO-1996). Fransa – Azərbaycan 10:0

2 iyun 1996 (DÇ-1998). Norveç – Azərbaycan 5:0

10 noyabr 1996 (DÇ-1998). Azərbaycan – Macarıstan 0:3

8 iyun 1997 (DÇ-1998). Finlandiya - Azərbaycan 3:0

11 oktyabr 1997 (DÇ-1998). İsveçrə - Azərbaycan 5:0

5 sentyabr 1998 (AVRO-2000). Slovakiya - Azərbaycan 3:0

10 oktyabr 1998 (AVRO-2000). Azərbaycan – Macarıstan 0:4

26 mart 1999 (AVRO-2000). Portuqaliya - Azərbaycan 7:0

9 iyun 1999 (AVRO-2000). Rumıniya - Azərbaycan 4:0

8 sentyabr 1999 (AVRO-2000). Macarıstan – Azərbaycan 3:0

6 oktyabr 2000 (DÇ-2002). Makedoniya - Azərbaycan 3:0

2 iyun 2001 (DÇ-2002). Türkiyə - Azərbaycan 3:0

6 oktyabr 2001 (DÇ-2002). İsveç - Azərbaycan 3:0

12 oktyabr 2002 (AVRO-2004). Finlandiya - Azərbaycan 3:0

29 mart 2003 (AVRO-2004). Uels - Azərbaycan 4:0

11 oktyabr 2003 (AVRO-2004). İtaliya - Azərbaycan 4:0

26 mart 2005 (DÇ-2006). Polşa – Azərbaycan 8:0

4 iyun 2005 (DÇ-2006). Azərbaycan - Polşa 0:3

7 oktyabr 2006 (AVRO-2008). Portuqaliya - Azərbaycan 3:0

11 oktyabr 2006 (AVRO-2008). Belçika - Azərbaycan 3:0

24 mart 2007. (AVRO-2008). Polşa - Azərbaycan 5:0

17 oktyabr 2007. (AVRO-2008). Azərbaycan – Serbiya 1:6

9 sentyabr 2009 (DÇ-2010). Almaniya – Azərbaycan 4:0

7 sentyabr 2010 (AVRO-2012). Almaniya – Azərbaycan 6:1

8 oktyabr 2010 (AVRO-2012). Avstriya – Azərbaycan 3:0

29 mart 2011 (AVRO-2012). Belçika – Azərbaycan 4:1

7 oktyabr 2011 (AVRO-2012). Azərbaycan - Avstriya 1:4

11 sentyabr 2012 (DÇ-2014). Portuqaliya – Azərbaycan 3:0

13 oktyabr 2014 (AVRO-2016). Xorvatiya – Azərbaycan 6:0

11 noyabr 2016 (DÇ-2018). Şimali İrlandiya – Azərbaycan 4:0

26 mart 2017 (DÇ-2018). Azərbaycan - Almaniya 1:4

8 oktyabr 2017 (DÇ-2018). Almaniya - Azərbaycan 5:1

20 noyabr 2018 (ML-2018/2019). Kosovo – Azərbaycan 4:0

11 iyun 2019 (AVRO-2020). Azərbaycan – Slovakiya 1:5

7 sentyabr 2021 (DÇ-2022). Azərbaycan – Portuqaliya 0:3

9 oktyabr 2021 (DÇ-2022). Azərbaycan – İrlandiya 0:3

24 mart 2023 (AVRO-2024). Avstriya - Azərbaycan 4:1

27 mart 2023 (AVRO-2024). İsveç - Azərbaycan 5:0

19 noyabr 2023 (AVRO-2024). Belçika – Azərbaycan 5:0

 

0.0294029712677