Türk Hava Yollarından iddialı hədəf: Yeddidən biri olacağıq

Türk Hava Yollarından iddialı hədəf: Yeddidən biri olacağıq
 

Türkiyənin milli aviadaşıyıcısı Türk Hava Yolları Avropanın təyyarə istehsalçısı “Airbus”dan 355 təyyarə almaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türk Hava Yollarının İdarə Heyətinin sədri Ahmet Bolat açıqlayıb.

Ahmet Bolat bildirib ki, bu partiyadan ilk təyyarənin təhvil verilməsi 2026-cı ilə planlaşdırılır: "Biz 355 təyyarə almağı planlaşdırırıq ki, bunlardan 240-ı qətiləşdirilib, 114-ü isə istəyə bağlıdır. İlk tədarüklər 2026-cı ildə gözlənilir".

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi sayəsində Türk Hava Yolları törəmə şirkətləri “Ajet” və “Sunexpress” ilə birlikdə təyyarə parkını 950-yə çatdıracaq və dünyanın yeddi ən böyük hava daşıyıcısından birinə çevriləcək: "ABŞ-da üç böyük aviaşirkət var: United, American və Delta. Transformasiyalar Asiyada gedir; nə qədərinin bazarı tərk edib, nə qədərinin qalacağı hələ məlum deyil. Daha üç böyük Çin şirkəti var. Geridə Lufthansa və Air France qalıb. Biz hava daşımaları baxımından yeddi nəhəngdən biri olacağıq”.

Türk Hava Yolları 1933-cü ildə daxili uçuşlar üçün yaradılıb. 1947-ci ildə onun ilk müntəzəm beynəlxalq uçuşu baş tutdu. İstanbul Beynəlxalq Hava Limanında yerləşən aviaşirkət 120 ölkədə 200-dən çox xarici hava limanına müntəzəm uçuşlar həyata keçirir və dünyanın ən böyük hava şirkətlərindən biri hesab olunur. Beynəlxalq analitik agentliyi “Brand Finance” əvvəllər aviaşirkəti Türkiyənin ən qiymətli brendi kimi tanıyıb və onun dəyərini 1,6 milyard dollar təşkil edib. Daşıyıcının donanmasına əsasən ən müasir “Airbus” və “Boeing” modelləri ilə təmsil olunan 400-dən çox təyyarə daxildir.

 

0.018996000289917