Şakira haqqında yayılan ittihamı qəbul etdi

Şakira haqqında yayılan ittihamı qəbul etdi
 

Dünyaca məşhur müğənni Şakira İspaniyada 8 il 2 ay həbs cəzası aldığı vergidən yayınma işi ilə bağlı ittihamları qəbul edib.

"Paralel.az" xarici KİV-ə istiadla xəbər verir ki, bu barədə məhkəmədən məlumat verilib.

İspaniyada yaşadığı dövrdə 2012-2014-cü illər arasında 6 müxtəlif cinayətə görə 14,5 milyon avro vergidən yayınmaqda ittiham olunan Şakiranın 2,9 milyon avro cərimə ödəməyə də razı olduğu bildirilib.

Xatırladaq ki, "Barcelona"nın keçmiş futbolçusu Jerar Pike ilə birlikdə olduğu müddətdə Barselonada yaşayan Şakira ölkə qanunlarına görə 183 gündən çox burada yaşadığı üçün vergi ödəyicisi olub.

Prokurorluq Şakiraya 8 il 2 ay həbs və ümumilikdə 23 milyon avroya yaxın cərimə tələb edirdi.

 

 

0.02549409866333