Təyyarədə olanlar "Receb İvedik 6" filmini xatırlatdı - VİDEO

Təyyarədə olanlar
 

Türkiyənin Ankara şəhərindən Batmana gedən sərnişinlər səhvən Amsterdama gedən təyyarəyə miniblər. 

"Paralel.az" Türkiyə mediasına istinadla xəbər verir ki, buna səbəb avtobusun sərnişinləri həmin təyyarənin önündə düşürtməsi olub.

Təyyarənin içindəki vəziyyəti görən kabin heyəti onlara anonsla xəbərdarlıq edib.

“Batmana səyahət edən sərnişinlər dərhal kabin heyətinə məlumat versinlər”.

Batmana gedən sərnişinlər endikdən sonra təyyarə Amsterdama doğru yola düşüb.

Amsterdama səyahət edən sərnişin təyyarədə yaşanan qeyri-adi anları lentə alıb. 

Türkiyə mediası hadisəni “Rəcəb İvedik 6” filmində baş qəhrəmanın Konya əvəzinə Keniyaya getdiyi səhnəyə bənzədib.

 

0.015146017074585