Üçmərtəbəli yaşayış binası hər an uça bilər - VİDEO

Üçmərtəbəli yaşayış binası hər an uça bilər - VİDEO
 

Daşkəsəndə altı ailənin yaşadığı üçmərtəbəli bina qəzalı vəziyyətə düşüb.

Xezerxeber.az xəbər verir ki, sakinlərin sözlərinə görə, binada üç il əvvəl çatlar əmələ gəlib və getdikcə vəziyyət daha da təhlükəli olub. Rayon mərkəzindəki bina beş ay əvvəl güclü yağışlar nəticəsində yarımuçmuş vəziyyətə düşüb. Sakinlər divarlarlarda çatların böyüklüyü səbəbindən mənzillərində də gecələməyə qorxurlar. Hətta mənzilini tərk etməli olanlar da var.

Məsələ ilə bağlı Daşkəsən İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən bildirildiki, binalardakı çatlar Sovet dövründə mədənlərdə aparılan partlayışlar zamanı yaranıb. İntensiv yağışlar nəticəsində də getdikcə artıb. Sözügedən tikili də qəzalı binaların siyahısına salınıb və yaxın 2 ay ərzində bununla bağlı müvafiq işlərə başlanacaq.

O da əlavə edilib ki, binanı tərk etmiş iki ailənin kirayə pulunu Rayon İcra Hakimiyyəti dövlət vəsaiti hesabına ödəyir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

0.023739814758301