Myanmada ordu və üsyançı qruplar arasında şiddətli döyüşlər gedir

Myanmada ordu və üsyançı qruplar arasında şiddətli döyüşlər gedir
 

Myanma ordusu ordunun üsyançıların böyük hücumunu dəf etməklə bağlı daha əvvəl yayılmış xəbərləri təsdiqləyib.

“Paralel.az” xəbər verir ki, bu barədə “Channel News Asia” məlumat yayıb.

“Hərbçilər xeyli sayda silahlı üsyançıların güclü hücumu ilə üzləşirlər”, - hakim Dövlət İnzibati Şurasının sözçüsü general-mayor Zo Mi Tun deyib.

Onun sözlərinə görə, hökumət əleyhinə olan qruplaşmalar ölkənin qərbində Rakhayn ştatında, cənub-şərqdə Kaya və şimal-şərqdə Şan ştatlarında hücumlar həyata keçirir. “Üsyançılar PUA-lardan istifadə edərək, onlardan hərbi postlara yüzlərlə bomba atırlar. Buna görə də hərbçilər bir sıra mövqelərdən geri çəkilməli olublar”, - Tun bildirib.

Qeyd edək ki, Myanma Dövlət İnzibati Şurası ibtidai hərbi hazırlığa malik bütün sakinlərdən hərbi xidmətə hazır olmalarını tələb edən sərəncam verib. Eyni zamanda məlum olub ki, paytaxt Neypidoda hökumət rəsmilərinə fövqəladə hallar zamanı bölmələr yaratmaq tapşırılıb.

 

0.015761852264404