HAMAS-ın girov götürdüyü şəxsin meyiti tapılıb

HAMAS-ın girov götürdüyü şəxsin meyiti tapılıb
 

Oktyabrın 7-də İsrailin cənubuna hücumu zamanı HAMAS-ın girov götürdüyü şəxslərdən birinin cəsədi tapılıb.

Paralel.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, HAMAS tərəfindən qaçırılan 64 yaşlı Yehudit Veissin cəsədi İsrail ordusu tərəfindən Əl-Şifa xəstəxanasına bitişik binadan aşkarlanıb. Onun meyiti artıq İsrailə aparılıb.

Yehudit Veiss xərçəng xəstəsi olub. İsrail mətbuatı bildirir ki, HAMAS 7 oktyabr hücumunda onun həyat yoldaşını qətlə yetirmiş, özünü isə girov götürmüşdü.(APA) 

 

 

 

0.041975021362305