Həştərxanda beşmərtəbəli bina uçub

Həştərxanda beşmərtəbəli bina uçub
 

Rusiyanın Həştərxan vilayətində beşmərtəbəli binanın bir hissəsi uçub.

“Paralel.az” xəbər verir ki, bu barədə vilayətin qubernatoru İqor Babuşkin bildirib.

O qeyd edib ki, əməliyyat xidmətlərinin nümayəndələri artıq hadisə yerindədirlər.

"Mənim göstərişimlə operativ qərargah yaradılıb", - İ.Babuşkin deyib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildirilib ki, Həştərxanda uçan binadan 37-si uşaq olmaqla 213 insan təxliyə edilib.

 

0.02276086807251