Azərbaycanla birlikdə inkişaf edən ədliyyə sistemimiz

Azərbaycanla birlikdə inkişaf edən ədliyyə sistemimiz
 

Bugünlərdə - 22 noyabrda yaranışının 105 illiyini qeyd edəcəyimiz Respublikamızın ədliyyə sistemi uzun və şərəfli bir yol keçmiş dövlət təsisatlarından biridir. Məlum olduğu kimi Şərqdə ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin vacib sahələrindən biri kimi  ədliyyə orqanının yaradılması yönündə real addımlar ataraq, 1918-ci ilin 22 noyabrında Ədliyyə Nazirliyinin təsis edilməsi haqqında qərar qəbul edib. Cümhuriyyətin süqutundan sonra uzun illər bu dövlət qurumu icra strukturu kimi fəaliyyət göstərməyib. Yalnız Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərliyə gələndən bir il sonra məhz, onun təşəbbüsü və iradəsi sayəsində 1970-ci ilin 27 oktyabrında o vaxtkı Azərbaycan SSP Ali Sovetinin qərarına uyğun olaraq, Azərbaycan Ədliyyə Nazirliyinin fəaliyyəti bərpa olunub.
Respublikamız müstəqillik qazanandan və Ümummilli Lider 1993-cü ildə yenidən hakimiyyətə gələndən sonra dövlətçilikdə varislik prinsipinin tarixi əhəmiyyətini dəyərləndirərək imzaladığı 2000 - ci il 11 noyabr tarixli Sərəncamla 22 noyabr (Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün) ədliyyə işçilərinin peşə bayramı elan olunub. O vaxtdan keçən müddət ərzində ölkə ədliyyəsi Ulu Öndərin yaratdığı təməl üzərində daha da inkişaf edir, böyüyür. Məhkəmə-hüquq, Natorial və Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Xidməti, Pentensiar Xidmət və Nazirliyə daxil digər sahələrdə köklü islahatlar aparılaraq, vətəndaşlara keyfiyyətli xidmət üçün əlverişli zəmin və hüququ baza yaradılıb.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev öz növbəsində ədliyyə sisteminin mövcud təməl üzərində inkişaf etdirilməsi, onu günün tələblərinə çevik cavab verən, beynəlxalq təşkilatlarla səmərəli və bərabərhüquqlu tərafdaş kimi əməkdaşlığı üçün zəruri olan bütün addımları atır və proses bu gün də davam edir. “Məhkəmə Hüquq Şurası Haqqında” Qanun, Ədliyyənin inkişafı üzrə 2018-ci ilin 18 dekabrda imzalanmış və 2019-2023-cü illəri əhatə edən, Xüsusi Dövlət Proqramı, kadr hazırlığında mühüm rol oynayan Ədliyyə Akademiyasının yaradılması, o cümlədən Əhalinin, Hüquqi Aktların və Qüvvədən düşmüş sənədlərin dövlət reyestrləri, regional ədliyyə şöbələrinin yaradılması digər bu qəbildən olan mühüm aktlar məhz ölkə ədliyyəsini yeni inkişaf mərhələsinə çıxarıb. Bütün bunlar Ümummilli Lider H. Əliyev və onun məktəbində mükəmməl təlim alaraq Azərbaycanı sürətlə irəli apararaq onu beynəlxalq arenaya çıxarmış, regionda söz sahibi edərək lider dövlətə çevirməyi bacarmış Prezident İ. Əliyevin yorulmaz fəaliyyətinin, xalqına təmənnasız xidməti sayəsində mümkün olmuşdur.
Biz ədliyyə işçiləri olaraq ölkə rəhbərinin yaratdığı əlverişli iş şəratində vətəndaşlara keyfiyyətli xidmət göstərmək üçün üzərimizə düşən məsuliyyəti yaxşı başa düşür və bizə olan etimadı doğrultmağa çalışırıq. Hörmətli nazirimiz, cənab Fikrət Məmmədov da öz növbəsində beynəlxq təcrübənin öyrənilməsi və onların ədliyyə sistemində tətbiqi, nazirlik və onun regional şöbələrinin vətəndaşlara səmərəli və keyfiyyətli xidmət göstərməsi üçün zəruri (qanunvericlik bazasından tutmuş, icra strukturlarının maddi-texniki bazasının müasir tələblərə cavab verən yeni avadanlıq və. s) olan addımların atılmasında bilavasitə iştirak və nəzarət edir.
Hesab edirəm ki, biz ədliyyə əməkdaşları ölkəmizin qarşısında duran çağırışları, problemlərin həllinə öz töhvəsini verməkdə, üzərlərinə düşən işi layiqicə yerinə yetirməyə çalışır. Qeyd edim ki, torpaqlarımızın azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpasıyla nəticələnmiş 44 günlük vətən savaşında, o cümlədən Qarabağda qəti qələbəmizi rəsmiləşdirmiş 19 sentyabr anti-terror əməliyyatında Ədliyyə orqanlarının əməkdaşları və tibbi personalı yaxından iştirak etmişdir. Sıramızdan şəhid olan məsləkdaşımız da var - Ruhin Xəlilov.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Qürur hissiylə onu da qeyd edə bilərik ki, savaş vaxtı olduğu kimi ədliyyə əməkdaşları bu gün Qarabağda gedən nəhəng bərpa və dinc quruculuq işlərində də yaxından iştirak edir, doğma yurdlarına geri dönmüş vətəndaşlarımıza zəruri hüquqi yardım göstərir, mütamadi olaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər edərək yerli sakinlər, bölgədə çalışan digər kateqoriyadan olan insanlara səyyar xidmət göstərir.
Hörmətli həmkarlar! Bildiyiniz kimi, bu dəfəki bayramımız əlamətdar günlərlə eyni vaxta düşüb - “Zəfər Günü”, “Bayraq Günü” və “Konstitusiya Günü”.
Məncə peşə bayramımız bu sevincli günlərlə daha gözəl və yaddaqalandır, qürurvericidir, gələcəyə inamla baxmağımıza stimul verir.
Bayramınız mübarək, əziz məsləkdaşlar!
Təşəkkürlər cənab Ali Baş Komandan!

Malik Mahmudov
Beyləqan Qeydiyyat şöbəsinin rəisi

"Paralel.az"

0.015793800354004