Paşinyandan şok: Qarabağ kartında məqsəd o idi ki…

Paşinyandan şok: Qarabağ kartında məqsəd o idi ki…
 

"Qarabağ məsələsi ilə bağlı bizim istədiklərimiz, ən azı, 1996-cı ilin dekabrında ATƏT-in Lissabon sammitindən sonra artıq mümkün olmadı." 

"Paralel.az" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

“Həmin sammitin “konsensus-1”ə qoşulanlar qapalı rəsmi görüşlərdə, restoranlarda bunun mümkün olduğuna və mütləq baş verəcəyinə inandırır, bizi daim ruhlandırırdılar. Amma öz düşüncələrində Ermənistanda dövlətin yaranmasının qarşısını almaq haqqında düşünürdülər.

Onların strateji ssenarisi Qarabağ məsələsindən erməni dövlətçiliyinin inkişafının qarşısını almaq üçün rıçaq kimi istifadə etmək, həmçinin Ermənistan məsələsini de-fakto və ya de-yure həll etmək mümkün olana qədər Qarabağ məsələsinin istənilən ssenari üzrə həllinə mane olmaq və müstəqil dövlət kimi mövcudluğunu dayandırmaq idi.  

Ən azı 1996-cı ildən bu günə qədər Qarabağ məsələsi bitmişdi. Orada Ermənistan məsələsi var idi. 1998, 1999-cu il, xüsusən də 27 oktyabr, 2020, 2023-cü il hadisələrini bu kontekstdə nəzərdən keçirilməlidir”, - Paşinyan vurğulayıb.

Mürtəza, "ölkə.az"

 

 

0.017181158065796