İnstagram Kadırovların bütün hesablarını BLOKLADI

İnstagram Kadırovların bütün hesablarını BLOKLADI
 

İnstaqram sosial şəbəkəsi Çeçenistan rəhbərinin oğulları Axmat, Adam və Eli Kadırovun, həmçinin respublika rəhbəri Ramzan Kadırovun fəaliyyətləri ilə bağlı səhifələrini bloklayıb.

"Paralel.az" xəbər verir ki, bu barədə TASS-a ölkənin milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat verib:

“Bir gün əvvəl müxtəlif internet platformalarında respublikamızda aparıcı akkauntlar bloklanıb. Bunlar Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Hacı Kadırovun və Çeçenistan Respublikasının rəhbəri, Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırovun fəaliyyətindən bəhs edən səhifələrdir. Bundan əlavə, başçının oğulları - Axmat, Eli və Adam, həmçinin Xamzat Kadırovların, Çeçenistan dövlət teleradio şirkəti "Qroznı"nın üç kanalının YouTube-da hesabları bloklanıb. Aydındır ki, kiçik Çeçenistan Respublikası xaricdəki “söz azadlığına” nəzarət edənlər arasında o qədər qorxu yaradır ki, onlar informasiya sahəsində həqiqətin səsini boğmağa o qədər can atırlar”.

 

0.013797998428345