“Hizbullah” İsrailin iki hərbi məntəqəsinə hücum edib

“Hizbullah” İsrailin iki hərbi məntəqəsinə hücum edib
 

“Hizbullah” Livanın cənubundan İsrailin iki hərbi məntəqəsinə hücum etdiyini açıqlayıb.

“Paralel.az” xəbər verir ki, bununla bağlı “Hizbullah” yazılı açıqlama yayıb.

Açıqlamada İsrail ordusunun “Rüveysətül-Aləm” və “Ramim” hərbi məntəqələrinə müvafiq silahlarla hücum etdiyi və hədəflərin vurulduğu bildirilib.

Digər tərəfdən İsrail ordusundan verilən açıqlamada Livan ərazisindən İsrail tərəfinə çoxlu sayda raket atıldığı, hücumda xəsarət alan olmadığı vurğulanıb.

Açıqlamada hücumun baş verdiyi nöqtələrin artilleriya atəşi ilə hədəf alındığı, İsrail ordusunun tanklarının da “Hizbullah”ın müşahidə nöqtəsini vurduğu qeyd edilib.

 

0.080642938613892