“İrəvan ABŞ və Avropa İttifaqının məsləhəti ilə hərəkət edərək...”

“İrəvan ABŞ və Avropa İttifaqının məsləhəti ilə hərəkət edərək...”
 

Ermənistanın hazırkı rəhbərliyinin qərbli dostlarının “yaxşı” məsləhətləri Cənubi Qafqaz regionunda kommunikasiyaların açılmasına dair razılaşmaların həyata keçirilməsinə mane olur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, məhz onlar üçtərəfli razılaşmaların həyata keçirilməsinə, İrəvanla Bakının barışmasına mane olurlar. “İrəvan ABŞ və Avropa İttifaqının məsləhəti ilə hərəkət edərək gələcək regional konfiqurasiyadan kənarda qalmaq riski ilə üzləşir”.

Zaxarova qeyd edib ki, Vaşinqton və Brüssel dəfələrlə müəyyən proseslərdə “qarant” kimi çıxış etsə də, heç vaxt uğur qazana bilməyib: “Rusiya Federasiyası Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun razılaşmaları çərçivəsində şəffaf, qarşılıqlı faydalı şərtlərlə Cənubi Qafqazda kommunikasiyaların tamamilə açılmasının tərəfdarıdır”.

Rusiya XİN sözçüsü Üçtərəfli İşçi Qrupun işinin İrəvanda heç bir şikayətə səbəb olmadığını vurğulayıb. Bildirib ki, İşçi Qrupun fəaliyyəti çərçivəsində ekstraterritorial dəhlizlər müzakirə olunmayıb.

Zaxarova Ermənistan hakimiyyətinin Qərbdən gələn məsləhətlər səbəbindən problemin həlli üçün mövcud imkanları əldən verdiyini əlavə edib.

 

0.014654159545898