"...Başqa imkanım da yoxdur" –Sabir Rüstəmxanlı

 

"30 ildir ki, pansionatda 3 otaqlı bir mənzildə yaşayıram və orada yaradıcılıq işləri ilə məşğul oluram. Amma mən orada bir deputat və ya yaradıcı insan kimi yox, bir biznesmen kimi qalmaq məcburiyyətindəyəm."

"Paralel.az" xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin 2024-cü il büdcəsinin müzakirəsi zamanı deyib.

“Axı mən yaradıcı insan və deputatam, nəyə görə pansionatda biznesmen kimi qalmalıyam? Mənimlə niyə biznesmenə uyğun şəkildə müqavilə imzalanmalıdır. Bu deputatın statusunun aşağı salınması deməkdir. Deputatın yükü həddən artıq ağırdır. Digər tərəfdən dövlətin müsətqilliyinin əldə edilməsində və dövlətçilikdə xüsusi xidmət olan insanam. Başqa imkanım da yoxdur. Nəyə görə? Bir daha qeyd edirəm ki, mən biznesmen deyiləm ki, mənimlə biznesmen kimi müqavilə imzalansın? Belə olmamalıdır. Deputatlara və yaradıcı insanlara güzəşt olmalıdır. Deputat ailələrinə xaricə səfərlər zamanı VİP xidmətlərdən istifadə edilməsi imkanı yaradılsın."

 

 

0.03907299041748