Ərdoğan Yunanıstanın Baş naziri ilə görüşəcək

Ərdoğan Yunanıstanın Baş naziri ilə görüşəcək
 

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis dekabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəklərini açıqlayıb.

“Paralel.az” xəbər verir ki, Mitsotakis Türkiyə-Yunanıstan əlaqələri ilə bağlı açıqlamalar verib.

“Son bir neçə ayda əlaqələrimizdə ciddi yumşalma müşahidə etdik. Yaxın Şərqdəki son böhrandan əvvəl Prezident Ərdoğanla iki dəfə görüşdüm. Münasibətlərimizi normallaşdırmaq üzrə razılaşdıq. Müsbət gündəm müəyyən etmək və uzun müddətdir davam edən fikir ayrılıqlarımızın hərbi qarşıdurma riski olan həddə çatmasına imkan verməmək üçün dekabr ayında Yunanıstanda yenidən görüşəcəyik”, - deyə Mitsotakis bildirib.

 

0.030474185943604