KİV Emin Əmrullayevin başqa vəzifəyə gedəcəyini yazır

KİV Emin Əmrullayevin başqa vəzifəyə gedəcəyini yazır
 

Yaxın günlərdə hökumətdə növbəti kadr dəyişikliklərinin ola biləcəyi iddia olunur. 

Məlumatlı mənbədən Gununsəsi.info-ya verilən xəbərə görə, elm və təhsil naziri Emin Əmrullayev nazir postundan kənarlaşdırılacaq. Onund Dövlət İmtahan Mərkəzinə (DİM) rəhbər gətiriləcəyi gözlənilir.

Sayt mənbəsinə istinadən bildirib ki, E.Əmrullayevin mühüm postdan uzaqlaşdırılması təhsil sektorundakı mövcud vəziyyətlə bağlıdır.

Mətbu orqanı bunu onunla izah edir ki, elm və təhsil sektoru büdcədən ən böyük vəsait alan istiqamətlərdən biri olsa da, effektiv nəticələr yoxdur. Sayt orta təhsilin yenə repetitorluğun ümidinə qaldığını da səbəblər sırasında göstərib.

 

0.014944076538086