İş yerləri ilə bağlı əsas vəzifəmiz budur - Mikayıl Cabbarov

İş yerləri ilə bağlı əsas vəzifəmiz budur - Mikayıl Cabbarov
 

Bundan sonra əsas vəzifəmiz yaranan yeni iş yerlərinin kəmiyyəti ilə yanaşı, onların keyfiyyətinə diqqət verməkdir.

Paralel.az Ölkə.Az-a istinadla xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə 2024-cü ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

“Çünki şaxələnmə siyasətinin nəticəsi olaraq iqtisadiyyatın strukturunun getdikcə mürəkkəbləşməsi və daha yüksək əlavə dəyərə malik sahələrin inkişafı iş yerlərinin keyfiyyətinə dair tələbləri artırır ki, bu da öz növbəsində həm orta aylıq əmək haqqına, peşə hazırlığına, təhsil və miqrasiya siyasətinə də öz təsirini göstərir”, - nazir bildirib.

Mürtəza
Ölkə.Az

 

0.057566165924072