Vətəndaşların NƏZƏRİNƏ: Sabah bu rayonda qaz kəsiləcək

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bu rayonda qaz kəsiləcək
 

“Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Xızı” QPS-də nasaz vəziyyətdə olan qızdırıcı qurğunun baypas kranının işlək kranla əvəz edilməsi ilə bağlı 13.11.2023-cü il tarixində saat 10:00-dan 17:00-dək “Xızı” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Xızı şəhəri daxil olmaqla, rayonun 4 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

0.091603994369507