Ərəb ölkələri İsraillə sülh münasibətlərinin qurulması üçün əsas şərti açıqladı

Ərəb ölkələri İsraillə sülh münasibətlərinin qurulması üçün əsas şərti açıqladı
 
Ərəb ölkələri İsraillə dinc münasibətlərin qurulması üçün əsas şərt - Fələstindəki 1967-ci ildə təsbit edilmiş bütün ərəb ərazilərinin işğalından əl çəkməyi irəli sürüblər.
 
"Paralel.az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ərəb-islam sammitinin qərarında deyilir.
 
“İsraillə sülhün və onunla normal münasibətlərin qurulmasının ilkin şərti onun bütün Fələstin və ərəb torpaqlarını işğalına son qoyması, həmçinin Fələstin Dövlətinin 4 iyun sərhədləri daxilində tam suverenliklə müstəqilliyini həyata keçirməsidir”, - sammitin qərarında deyilir.

 

0.040531873703003