Harri Keyn Messi ilə eyni komandada oynamaq istəyir

Harri Keyn Messi ilə eyni komandada oynamaq istəyir
 

"Bavariya"nın futbolçusu Harri Keyn "İnter Mayami"nin hücumçusu Lionel Messi ilə eyni komandada oynamaq istədiyini bildirib.

"Paralel.az" xəbər verir ki, bu barədə  İspaniyanın nüfuzlu AS nəşri məlumat yayıb.

"Mən Messi ilə oynamaq istərdim. Lionel futbol tarixinin ən böyük oyunçularından biridir və o, mənə mütəmadi olaraq məhsuldar ötürmələr verərdi, deyə Keyn bildirib.

Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. Daha sonra PSJ-yə üz tutan argentinalı 2023-cü ilin yayında "İnter Mayami"yə keçib.

Uzun illər "Tottenhem"də çıxış edən Keyn bu yay 95 milyon avro qarşılığında "Bavariya"ya transfer olunub. İngiltərə millisinin üzvü artıq Münhen klubunun heyətində 15 rəsmi oyuna çıxıb, 19 qol vurub və 7 məhsuldar ötürmə edib.(qaynarinfo)

 

0.052088975906372