Ukraynanın hərbi ehtiyacları müzakirə edildi

Ukraynanın hərbi ehtiyacları müzakirə edildi
 

Ukraynanın müdafiə naziri Rüstəm Umerovla amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.

“Paralel.az” xəbər verir ki, bu barədə ukraynalı nazir feysbukda bildirib.

“Səhər ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə danışırdım. Söhbətimiz zamanı Rusiya ballistik raketlərlə Kiyevə hücum etdi. Söhbət əsnasında ABŞ-yə verilmiş hava hücumundan müdafiə sistemlərinə görə nazir Ostinə təşəkkür etdim”, – Umerov qeyd edib.

Umerov əlavə edib ki, söhbət zamanı o, Ostinə cəbhədəki mövcud vəziyyət və Ukraynanın hazırkı ehtiyacları barədə məlumat verib.

Bundan əlavə, tərəflər Ukraynanın qələbəsini təmin etmək üçün atacaqları konkret addımları müzakirə ediblər.

 

0.039591073989868