Mahmud Abbas ABŞ və BMT Təhlükəsizlik Şurasına çağırış edib

Mahmud Abbas ABŞ və BMT Təhlükəsizlik Şurasına çağırış edib
 

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ABŞ və BMT Təhlükəsizlik Şurasından İsrailin Qəzzaya hücumlarını dayandırmasını xahiş edib.

"Paralel.az" xəbər verir ki, Mahmud Abbas Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Fələstindəki vəziyyətlə bağlı fövqəladə sammitində çıxışı zamanı müraciət ünvanlayıb.

O, Qəzza zolağındakı vəziyyətə diqqət çəkərək, ABŞ və BMT TŞ-ni Fələstinlə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.

Mahmud Abbas Qəzza zolağının Fələstinin tərkib hissəsi olduğunu bildirib.

 

0.012800216674805