Makqreqorun uzun müddətdən sonra döyüşə çıxacağı vaxt bilindi

Makqreqorun uzun müddətdən sonra döyüşə çıxacağı vaxt bilindi
 

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor 2024-cü ilin yayında oktaqona çıxa biləcək.

Bu barədə UFC-nin prezidenti Deyna Uayt “Adam's Apple” nəşrinə müsahibəsində bildirib.

O, dünən 35 yaşlı irlandiyalı idmançı ilə danışdığını söyləyib:

“Konor hazırdır və döyüşmək istəyir. Lakin hələlik 6 ay gözləməli olacaq. Onu 2024-cü ilin yayında yenidən döyüşlərdə görə bilərik”.

Qeyd edək ki, Konor Makqreqor 2021-ci ildə ABŞ-dən olan Dastin Porye ilə görüşdə ciddi zədə alıb./oxu.az

 

0.01947808265686