Qazaxıstan prezidenti Putini, Kreml üzvlərini məəttəl qoydu - VİDEO

Qazaxıstan prezidenti Putini, Kreml üzvlərini məəttəl qoydu - VİDEO
 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev davranışı ilə gündəm olub.

"Paralel.az" xəbər verir ki, hadisə mətbuat konfransı zamanı baş verib.

Belə ki, Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində qazax həmkarı Kasım-Jomart Tokayevlə birgə sənədlərin imzalanması mərasimində iştirak ediblər.

Sonra prezidentlər danışıqların yekunlarına dair birgə bəyanat qəbul ediblər.

Bu zaman Qazaxıstan Prezidenti gözlənildiyi kimi çıxışına rus dilində yox, qazax dilində başlayıb.

Rusiya Prezidenti, eləcə də ön sırada əyləşən Rusiya xarici işlər naziri Sergey Lavrov, Kremlin mətbuat katibi Dmitri Peskov və digər rusiyalı rəsmilər çıxışı başa düşmək üçün qulaqlıqla tərcüməni dinləməyə məcbur olublar.

Bu zaman S.Lavrovun üz ifadəsi diqqətdən yayınmayıb.

Tokayevin sözügedən addımı çox bəyənilib və nadir hallardan biri kimi qiymətləndirilib.

 

0.011616945266724