“Beşiktaş“ın yeni baş məşqçisi KİMDİR?

“Beşiktaş“ın yeni baş məşqçisi KİMDİR?
 

"Beşiktaş" da baş məşqçi postunda ciddi dəyişikliklər davam edir.

Yenisabah.az xəbər verir ki, Beşiktaşda Burak Yılmazın istefasından sonra yeni baş məşqçi vəzifəsinə Rıza Çalımbayın təyin olunacağı iddia edilir.

Mövsümün əvvəlində vəzifəsini Şenol Günəşin üzərinə götürməsi ilə başlayan proses, Günəşin Luqano matçındakı məğlubiyyətdən sonra istefa verməsi ilə yeni dövrə qədəm qoydu. Onun yerinə müvəqqəti təyinat alan baş məşqçinin köməkçisi Burak Yılmaz həm liqada, həm də Avropada gözlənilən nəticəni ala bilməyib.

Rəhbərliyin seçkiyə qədər vəzifə təklifini qəbul edən Çalımbay dekabrın 3-dək davam edəcək bu müvəqqəti vəzifə müddətində komandanı idarə edəcək. Yeni prezidentin və idarə heyətinin qərarı ilə Çalımbayın bu vəzifədə qalıb-qalmayacağına qərar veriləcək.

 

0.014405012130737