“Kəpəz” yeni baş məşqçisinin adını yaxın günlərdə açıqlayacaq

“Kəpəz” yeni baş məşqçisinin adını yaxın günlərdə açıqlayacaq
 

“Kəpəz” klubu yeni baş məşqçisinin adını yaxın günlərdə açıqlayacaq.

“Report”un məlumatına görə, Gəncə klubunun rəhbərliyi artıq danışıqları tamamlayıb.

Mövsümün qalan hissəsində “sarı-göylər”ə Adil Şükürov rəhbərlik edəcək. 46 yaşlı mütəxəssis karyerası ərzində “Zirə” və “Şüvəlan" klublarını çalışdırıb. O, “Kəpəz”in baş məşqçi postunda Azər Məmmədovu əvəz edəcək.

Qeyd edək ki, A.Məmmədov Azərbaycan Premyer Liqasının XII turunda “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən sonra istefa verib. 12 oyuna cəmi 6 xal toplayan Gəncə təmsilçisi turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

 

0.038345098495483