Hindistanla Pakistan arasında atışma olub 

Hindistanla Pakistan arasında atışma olub 
 

Hindistan və Pakistan əsgərləri Cammu və Kəşmir sərhədində bir-birinə atəş açıb.

"Paralel.az" xəbər verir ki, toqquşma nəticəsində Hindistan ordusunun 1 hərbçisi həlak olub.

Qeyd edək ki, İngiltərə 1947-ci ildə müstəmləkə kimi idarə etdiyi Hindistandan çəkildiyi üçün o zamanlar knyazlıq olan Kəşmir yeni müstəqillik əldə etmiş Hindistan və ya Pakistanla birləşmə seçimi qarşısında qaldı. Əhalisinin 90 faizi müsəlman olan Kəşmir xalqı 1947-ci ildə Pakistanın tərkibinə qatılmasının tərəfdarı olsa da, dövrün şahzadəsi Hindistanla birləşməyə qərar verdi.

Qərara Kəşmirin müsəlman xalqı etiraz edib. Tərəflər ilk dəfə 1947-ci ildə Pakistan və Hindistanın bölgəyə qoşun yeritdiyi vaxt döyüşüb. 1965 və 1999-cu illərdə də eyni səbəbdən iki ölkə arasında müharibə baş verdi.

Müharibələrdən sonra müvəqqəti atəşkəs nəticəsində Cammu və Kəşmirin 45 faizi Hindistanın, 35 faizi isə Pakistanın nəzarətində qalıb. Bölgənin şərqindəki 20 faiz qonşu Çinə verilib.

 

0.016187906265259