İsrailin müdafiə naziri: “Girovlar qaytarılmadan atəşkəs olmayacaq”

İsrailin müdafiə naziri: “Girovlar qaytarılmadan atəşkəs olmayacaq”
 

“İsrail girovlar azad edilənə qədər Qəzza zolağında humanitar atəşkəsə razı olmayacaq”.

Bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

“Son zamanlar biz "humanitar pauza” sözlərini daha çox eşidirik. Sizə demək istəyirəm ki, mənim üçün humanitar pauza ilk növbədə girovlarımız, qadınlarımız, uşaqlarımız, qocalarımız deməkdir. Girovlar qaytarılmadan humanitar atəşkəs olmayacaq”, - o, mətbuat konfransında bildirib.

 

0.016079902648926