İndiyədək Qarabağa nə qədər məcburi köçkün qayıdıb? - VİDEO

İndiyədək Qarabağa nə qədər məcburi köçkün qayıdıb? - VİDEO
 
Ayağı yalın körpələr, qadınlar, başıaşağı kişilər, əsir düşən oğul və qızlar, vəhşicəsinə öldürülən minlərlə insan və əldən gedən 20% torpaq.
 
2020-ci ilin 27 sentyabrına qədər bu kadrlara baxanda üzülürdük, üzülməkdən əlavə utanırdıq. Bu utanc hissi 30 il Azərbaycan xalqını rahat buraxmadı. Xaricdə yaşayan soydaşlarımız bu utancı daha çox hiss edirdi. Qarabağ sadəcə keçmiş foto və videolarda bir də yuxularımızda qalmışdı.
 
Yurdundan didərgin düşən 1 milyona yaxın vətəndaşımız çadırlarda, tələbə yataqxanalarında çətin şəraitdə yaşamaq məcburiyyətində qaldılar. Sonradan onların həyat şəraitinin yaxşılaşdırılması üçün böyük layihələr icra edildi. Dövlət proqramına uyğun olaraq məcburi köçkünlərə fərdi ev və ya mənzillər verildi, rahat yaşamaları üçün güzəştlər edildi. Lakin bunların heç biri doğma yurdu əvəz etmirdi... Onlar müsahibələrində gözyaşı tökərək torpaqlarına qayıtmaq istədiklərini deyirdilər.
 
Nəhayət vaxt gəlib yetişdi. Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək arzuları gerçəyə çevirdi.
 
Qəhrəman oğullar torpaq uğrunda canlarından keçdilər. İllərdir üzərimizdə olan yük götürüldü. Kədər gözyaşları sevinc göz yaşları ilə əvəz olundu.
 
Qarabağ bu gün dirçəlməyə davam edir. Qarşımızda hələ uzun yol var. Zəfər yolu ilə Ağdama, Kəlbəcərə, Şuşaya ən nəhayət Xankəndiyə qayıtmağa hazırlaşırıq.
 
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

0.073392152786255