Ceyhun Bayramov Serbiyaya rəsmi səfərə yola düşüb

Ceyhun Bayramov Serbiyaya rəsmi səfərə yola düşüb
 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 7-də Serbiyaya rəsmi səfərə yola düşüb.

Bu barədə "Paralel.az"a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində C.Bayramovun Serbiya xarici işlər naziri İvitsa Daçiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.

 

0.025672912597656